REGİONLAR


Tovuz rayonunda 23 min hektardan artıq əkin sahəsi suvarılır VİDEO

Bakı, 8 avqust, AZƏRTAC

Tovuz Suvarma Sistemləri İdarəsi Tovuz rayonunun suvarılan sahələri üzrə, əkin sahələrinin su təminatını uğurla yerinə yetirir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, rayonda suvarılan torpaq sahələrinin suvarılmasında 858 km uzunluqda təsərrüfatdaxili, 145 km uzunluqda isə təsərrüfatlararası kanallardan istifadə olunur. İdarə tərəfindən həmin kanallar hər il mütəmadi olaraq lildən təmizlənir. O cümlədən kanalların beton üzlüyə alınması nəticəsində su itkisinin minimuma endirilməsi təmin edilir. Hazırda idarənin texnikaları və əl əməyi ilə kanalların lildən və kol-kosdan təmizlənməsi həyata keçirilir. Ümumiyyətlə bu günə qədər arx və kanallar 211 min kubmetr sahədə lildən təmizlənib. Bundan başqa Tovuz rayonunda əsas su mənbələrindən hesab olunan Tovuzçay Su Anbarına toplanan sudan da istifadə olunur.

Tovuz Suvarma Sistemləri İdarəsi Tərəfindən suvarmanı mütəşəkkil təmin etmək üçün plana uyğun olaraq bütün meliorativ tədbirlər mütəmadi olaraq həyata keçirilir. İdarənin balansında olan 454 ədəd subartezian quyularından 236-da cari təmir işləri aparılıb və quyuların fəaliyyəti tam saz vəziyyətdədir. Əhalinin içməli və əsasən də suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə bu ildə rayonun müxtəlif kəndlərində 10 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub ki, artıq bu quyulardan birinin qazıntısı Dondar Quşçu kəndində yerinə yetirilir.

Qeyd edək ki, Tovuz Suvarma Sistemləri İdarəsi Tovuz rayonunun əkin dövriyyəsində olan 23000 hektardan artıq müxtəlif kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin olunmasına xidmət edir. Sahələrin suvarılmasında su anbarları, çaylar, kanallar və subartezian quyularından istifadə edilir. Bundan başqa balansda olan 30 ədəd nasos stansiyanın da fəaliyyəti hazırda işlək vəziyyətdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.