Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Tur-aksiyalar məktəblilərə ölkəmizin bu gününü və keçmişini daha dərindən öyrənmək imkanı verir

Salyan, 18 noyabr, Mahir Babayev, AZƏRTAC

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti maarifləndirici tur-aksiyanın Salyan rayonundan olan iştirakçıları noyabrın 18-də Qəbələ-Şəki-Zaqatala marşrutu istiqamətində yola çıxıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə rayonun rəhbər işçilərinin, müəllimlərin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhərdəki Heydər Əliyev parkında yolasalma mərasimi keçirilib.

Tur-aksiya iştirakçıları parkda Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Sonra səfərə çıxanlar rəqs edib, nağaraçılar qrupunun ifalarına baxıblar.

Qrup rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Qalib İbrahimov bildirib ki, dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən tur-aksiyanın iştirakçıları - Salyan rayon ümumtəhsil məktəblərinin IX–XI sinif şagirdləri Qəbələ şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiyanın iştirakçıları Qəbələ, Şəki və Zaqatala rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar.

Mərasim başa çatdıqdan sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Qəbələ şəhərinə yollanıblar.

X   X   X

Noyabrın 18-də səhər saatlarında Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında böyük izdiham vardı. Rayonun rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyanın Neftçaladan olan iştirakçılarını Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola salmaq üçün buraya toplaşmışdılar.

Tur-aksiyanın iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilər şəhərin Heydər Əliyev prospekti boyunca ağac və gül kolları əkiblər.

Qrupun müşayiətçisi, rayon icra hakimiyyətinin əməkdaşı Fəridə Əhmədova bildirib ki, Prezident İlham Əliyevin tövsiyəsi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları - Neftçala rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri dörd gün ərzində Qəbələ, Şəki və Zaqatala rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olacaqlar. Bölgələrimizlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdləri Bayram Quluzadə, Əli Ağakişiyev və başqaları layihənin təşkilindən razılıqlarını bildirərək, diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür ediblər.

Meydana toplaşanların xeyir-duası ilə avtobus Qəbələ-Şəki-Zaqatala marşrutu istiqamətində yola düşüb.

X   X   X

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan məktəblilər arasında Hacıqabul rayonunun təmsilçiləri də var. Rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya yollanıblar.

Rayon icra hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri, valideynlər 40 şagird və 5 nəzarətçi müəllimdən ibarət olan qrupu icra hakimiyyətinin binası qarşısındakı meydandan yola salıblar.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkil və sənədlərlə tanış olub, dahi rəhbərin adını daşıyan prospekt boyunca ağac və gül kollar əkiblər.

Qrupun rəhbəri Turanə İmanova bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiyanın iştirakçıları dörd gün ərzində Qəbələ, Şəki və Zaqatalanın görməli yerləri ilə tanış olacaq, dünyagörüşlərini artıracaqlar.

Hacıqabul şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Məryəm Məhərrəmova deyib ki, tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır, həm də səfər zamanı şagirdlər və müəllimlər təcrübə mübadiləsi etmək imkanı da qazanacaqlar.

Tur-aksiyanın iştirakçısı, dərs əlaçısı, Hacıqabul şəhər 10 nömrəli tam orta məktəbin IX sinif şagirdi Riat Səfərov sevincini belə ifadə edib: “Bizi maraqlı ekskursiya gözləyir. Qəbələ, Şəki və Zaqatala rayonlarının qədim tarixi, adət-ənənələri, mədəniyyəti ilə tanış olmaq imkanı yaratdığı üçün dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Azərbaycanın dilbər guşələrinə səyahət etmək çoxdankı arzum idi.”

Sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Qəbələyə yola düşüblər.

X   X   X

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən tur-aksiyanın İmişlidən olan iştirakçıları da noyabrın 18-də sübh tezdən rayondakı Heydər Əliyev parkına toplaşmışdılar. Lənkəran-Masallı-Astara marşrutu üzrə cənub bölgəsinə səfər edən imişlili məktəbliləri rayon icra hakimiyyəti və təhsil şöbəsinin rəhbər işçiləri, valideynlər yola salıblar.

Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Sonra aksiya iştirakçıları şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.

Qrup rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Namiq Ağacanov səfər proqramı barədə məlumat verərək deyib: “Prezident İlham Əliyevin tövsiyəsi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində İmişlinin ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri dörd gün ərzində Lənkəran-Masallı-Astara rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı və əsrarəngiz təbiəti ilə yaxından tanış olacaqlar. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərdə vətənpərvərlik hissinin formalaşmasında əvəzsiz rol oynayır. Dövlətimizin başçısı təhsilimizin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə həssaslıqla yanaşdığı kimi, məktəblilərin dünyagörüşünün formalaşmasının, onların asudə vaxtlarının səmərəli keçməsinin qayğısına da qalır. Şagirdlərimizə bu imkanı yaradan dövlətimizin başçısına minnətdarıq”.

Tur-aksiyanın iştirakçısı, İmişli şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Miralim Kərimov ekskursiyadan zəngin təəssüratla qayıdacaqlarına əmin olduğunu bildirib.

Sonda şagirdlər xüsusi avtobusla Lənkəran-Masallı-Astara marşrutu istiqamətində yola çıxıblar.

X   X   X

Noyabrın 18-də səhər saatlarında Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda böyük canlanma vardı. Rayon icra hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri, valideynlər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Lənkəran-Masallı-Astara marşrutunun iştirakçıları olan sabirabadlı şagirdləri yola salırdılar.

Əvvəlcə aksiya iştirakçıları Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar. Sonra məktəblilər Ümummilli Liderin adını daşıyan parkda ağac və gül kolları əkib, yaşıllıqlara qulluq ediblər.

Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Elnaz Mirzəyeva sevincini bölüşərək deyib: “Tur-aksiyada iştirak edəcəyimi eşidəndə çox sevindim. Azərbaycanın regionlarını gəzmək, şəhər və rayonların tarixi yerləri, mədəniyyət abidələri ilə tanış olmaq çoxdankı arzum idi. Artıq bu istəyim reallığa çevrilib. Tur-aksiyalar məktəblilərə ölkəmizi, onun bu gününü və keçmişini daha dərindən öyrənmək imkanı verir. Bizə bu imkanı yaradan Prezidentimizə minnətdaram”.

Ulacalı kənd tam orta məktəbin X sinif şagirdi Mehin Aslanova fikirlərini belə ifadə edib: “Bu gün Azərbaycanın dilbər guşələrindən olan Lənkəran, Masallı və Astara rayonlarına yola düşürük. Ölkəmizin qədim tarixi, mədəniyyəti və incəsənəti barədə çox oxumuşam. Bu gün isə mənə bütün bunları görmək imkanı yaradılıb”.

Sonda Lənkəran-Masallı-Astara marşrutu üzrə tur-aksiyada iştirak edən sabirabadlı məktəblilər yola düşüblər.

X   X   X

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyanın Saatlı rayonundan olan iştirakçıları - IX və XI sinif şagirdləri də Lənkəran-Masallı-Astara marşrutu ilə cənub bölgəsinə yola çıxıblar.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib. Sonra şagirdlər rayondakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olub, rayon mədəniyyət və incəsənət ustalarının çıxışlarını dinləyiblər.

Qrup rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Əlimuxtar Məmmədov deyib: “On ikinci dəfədir ölkəmizdə məktəblilər üçün belə bir aksiya təşkil edilir. Maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagird və müəllimlər müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı da əldə edəcəklər”.

Tur-aksiyanın digər iştirakçıları – Sarıcalar kənd tam orta məktəbinin direktor müavini Ramil Mehdiyev, şəhər 1 nömrəli ümumi orta məktəbin IX sinif şagirdi Ələkbər Qasımov və başqaları bu səyahətin təşkilindən razılıqlarını bildirib, şagirdlərin zəngin təəssüratla qayıdacaqlarına əmin olduqlarını vurğulayıblar.

Valideyn Eynulla Mahmudov ürək sözlərini belə ifadə edib: “Dövlətimizin başçısı gələcəyimiz olan uşaqlara xüsusi qayğı göstərir. Hər yerdə yeni-yeni məktəblər, uşaq bağçaları, idman kompleksləri tikilib istifadəyə verilir. Bu tur-aksiya həmin qayğının daha bir təzahürüdür. Övladımın da bu aksiyada iştirak etməsindən çox məmnunam”.

Sonra məktəblilər xüsusi avtobusla yola salınıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib