Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Tural Alışanlı: Azərbaycanı istər idman, istərsə də diaspor sahələrində təbliğ etməkdən qürur duyuram

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan qədim və zəngin idman ənənələrinə malik ölkələrdəndir. Ölkəmiz idmanın müxtəlif növləri üzrə qazandığı uğurlarla dünyada tanınır. İdmançılarımız Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir, ən mötəbər idman yarışları ölkəmizdə yüksək səviyyədə təşkil olunur. 2015-ci ildə ilk Avropa Oyunlarının standartları məhz ölkəmizdə müəyyənləşib. Paytaxtımızda təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi nüfuzlu idman nəşrləri tərəfindən ilin ən yaxşı yarışı adına layiq görülüb.

Respublikamızda Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növləri də sürətlə inkişaf edir. Belə idman növlərindən biri də kunq-fudur.

Azərbaycan Kunq-fu Federasiyasının (AKF) vitse-prezidenti Tural Alışanlı idmanın bu növünün inkişafı və perspektivləri ilə bağlı AZƏRTAC-ın əməkdaşının suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Tural müəllim, ötən il federasiya üçün hansı əlamətdar hadisələrlə yadda qalıb?

- Azərbaycan Kunq-fu Federasiyası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ötən ilin mayında respublika çempionatı təşkil edib. Yarışda 500-dək idmançı birincilik uğrunda mübarizə aparıb. Yüksək səviyyədə təşkil olunan çempionatda kadetlər, yeniyetmələr, gənclər və böyüklər güclərini sınayıblar.

Ötən il idmançılarımız bir sıra beynəlxalq turnirlərə qatılıb və ölkəmizi layiqincə təmsil ediblər. Həmçinin AKF-in təşkilatçılığı ilə Bakı beynəlxalq turnirlərə ev sahibliyi edib, peşəkarlar arasında yarışlar təşkil olunub.

2018-ci ilin sonunda isə “Sərhədçi” İdman Olimpiya Mərkəzində ilk dəfə olaraq, “Prezident kuboku” turniri keçirilib. Bu yarış böyük maraqla qarşılanıb. Habelə Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda kunq-fu üzrə açıq seminar təşkil olunub. Paytaxtın iki yüzədək sakininin qatıldığı tədbir ölkədə idmanın bu növünün kütləviləşməsi məqsədilə keçirilib. Bundan başqa, AKF-in prezidenti Nurlan Aslanovun tapşırığı ilə Bakıda və bölgələrdə də mütəmadi qaydada seminarlar təşkil edilib.

2018-ci ilin idman yekunları ilə bağlı tədbirdə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və il ərzində yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edilərkən federasiyamızın iki üzvünün - Babək Əliyevin və Nizami Məmmədovun da mükafatlandırılması bizi yeni uğurlara həvəsləndirir. Bütün bunları nəzərə alaraq, ötən ili AKF üçün qənaətbəxş hesab etmək olar.

- Cari ildə kunq-fu idmançılarını hansı sınaqlar gözləyir?

- Aprelin sonu-mayın əvvəlində respublika çempionatının təşkili nəzərdə tutulub. Cari ildə Avropa və dünya çempionatlarına İtaliya ev sahibliyi edəcək. Ölkə birinciliyindən sonra mötəbər yarışlar üçün heyət formalaşdırılacaq. Bundan əlavə, milli komandamızın bir neçə beynəlxalq turnirdə iştirakı planlaşdırılır.

Çalışırıq ki, cari ildə Bakıda növbəti beynəlxalq yarış təşkil edək. Düzdür, turnir cari ilin sonu - 2020-ci ilin əvvəllərinə planlaşdırılır. Ancaq biz turnirin bu il keçirilməsini istəyirik. Çünki tamaşaçılar beynəlxalq turnirlərə böyük həvəslə gəlirlər.

- Azərbaycan Kunq-fu Federasiyasının əsas hədəfləri nədən ibarətdir

- Federasiyamızın əsas hədəfi ölkəmizdə kunq-funun yeniyetmə və gənclər arasında təbliği, idmanın bu növünün kütləviliyinə nail olmaq və idmançıların peşəkarlıq səviyyəsini artırmaqdır. Həmçinin yeniyetmə və gəncləri zərərli vərdiş və əməllərdən, narkomaniyadan uzaqlaşdırmaq, onların asudə vaxtının səmərəli təşkilinə geniş imkanlar açmaqdır. Ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək, himnimizi səsləndirib üçrəngli bayrağımızı dalğalandırmaq təbii ki, hər bir idmançı kimi bizim də ən əsas hədəfimizdir.

Bu gün ölkəmizdə digər sahələrdə olduğu kimi, idman da sürətlə inkişaf edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmiz irimiqyaslı idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir, atletlərimiz beynəlxalq turnirlərdən yüksək əyarlı medallarla qayıdırlar. Məhz bu uğurlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına səbəb olub. Artıq beynəlxalq idman qurumlarının rəhbərləri heç bir tərəddüd etmədən irimiqyaslı turnirlərin təşkilini ölkəmizə həvalə edirlər. Yüksək təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanda cari ildə də bir neçə nüfuzlu yarış təşkil olunacaq.

Mən idmanla yanaşı, digər istiqamətdə - diaspor sahəsində də fəaliyyət göstərirəm. Belə ki, ötən ilin dekabrında Neapol-Bakı Assosiasiyasının İdarə Heyətinin qərarı ilə bu beynəlxalq təşkilatın vitse-prezidenti vəzifəsinə təyin olunmuşam. Mənə göstərilən etimada görə, təşkilatın prezidenti Cüzeppe Kanilyaya, vitse-prezidentlər Elnur Camalxanova və Emilio Saponaraya, həmçinin Assosiasiyanın bütün üzvlərinə dərin minnətdarlığımı bildirirəm. İki ölkə arasında mədəni və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi üçün üzərimə düşən öhdəliyi tam məsuliyyətimlə yerinə yetirməyə çalışacağam və dövlətimizin təbliği, Azərbaycan həqiqətlərinin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində bütün bacarığımı əsirgəməyəcəyəm.

Yeri gəlmişkən, qeyd edim ki, ötən il dekabrın 12-də Neapolun Şərqşünaslıq Universitetində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir təşkil etdik. Tədbirdə assosiasiyamız tərəfindən italyan dilinə dublyaj olunan və dahi siyasətçinin həyat və yaradıcılığından bəhs edilən “Xilaskar ömrü” sənədli filminin nümayişi auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb. Bundan başqa, Azərbaycan Dillər və Neapolun L'Orientale universitetləri arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanmasının təşəbbüskarı və təşkilatçısı olduq. Memorandum çərçivəsində Neapolun bu ali təhsil ocağında Azərbaycan Dilinin Təbliği Mərkəzi fəaliyyət göstərəcək.

Təşkilatın vitse-prezidenti Elnur Camalxanov Azərbaycan dilini öyrənməsi üçün ilk əyani vəsaiti universitetin tələbələrindən birinə təqdim edib. Həmin tələbə dilimizi müəyyən səviyyəyə qədər öyrəndiyi halda Assosiasiyamız tərəfindən bütün xərcləri qarşılanmaqla Azərbaycana bir həftəlik səyahət imkanı ilə təmin olunacaq. Düşünürəm ki, bu tədbirlər Azərbaycanın İtaliyada təbliği baxımdan atılan faydalı addımlardandır. İstər idman sahəsində, istərsə də diaspor sahəsində fəaliyyət göstərərək ölkəmizin təbliği işinə xidmət etməkdən qürur duyuram.

- Kunq-funun bölgələrdə inkişaf etdirilməsi istiqamətində hansı işlər görülür?

– Paytaxtla yanaşı, regionlarda da idmanın bu növünə maraq böyükdür. Hazırda Azərbaycanın bölgələrində kunq-fu zalları fəaliyyət göstərir. Ümumiyyətlə, federasiyamızda minə yaxın idmançı qeydiyyatdan keçib. Bölgələrdə çoxlu sayda perspektivli idmançılarımız var ki, onlar həmişə ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edirlər.

“Cəlilabad” idman klubu qazandığı nailiyyətlərlə həmişə fərqlənir. Bu klubda kifayət titullu idmançılarımız məşq edirlər. Onlar üçün Cəlilabad Olimpiya İdman Kompleksində hər cür şərait yaradılıb. Klubun rəhbəri və baş məşqçisi Elvin və Aqil Mustafayev qardaşlarıdır. Onlar da idmanın bu növündə ölkəmizi layiqincə təmsil ediblər. Klub həm ölkə çempionatında, həm də beynəlxalq arenada müvəffəqiyyətlə iştirak edir. Bir müddət əvvəl Bərdədə “Alışan” idman klubu fəaliyyətə başlayıb. Klub yeni olduğu üçün hazırda orada 30-dək uşaq məşqlərə qatılır. Ümid edirəm ki, gələcəkdə klubun sıraları daha da genişlənəcək. “Xocalı” idman klubunu xüsusi vurğulamaq istərdim. Belə ki, fəallığı ilə seçilən klub məcburi köçkün uşaqlardan təşkil olunub. Bundan əlavə, şəhid və Qarabağ əlilləri ailələrinin uşaqları da klubda çıxış edirlər. Bu qəbildən və maddi imkanı zəif olan ailələrin uşaqları klublarımıza ödənişsiz qatılırlar. Regionlarda Erkin Osmanov, Rauf Gərayzadə, Səxavət Həsənov və digərləri kimi güclü idmançılarımız var və onlar da kunq-funun inkişafı istiqamətində əllərindən gələni əsirgəmirlər.

Cari ildə paytaxtdan kənarda beynəlxalq yarışlar təşkil etməyi nəzərdə tutmuşuq. Bu ölkəmizin turizm imkanlarının təbliği ilə yanaşı, bölgələrdə idmanın bu növünün inkişafına yeni təkan verəcək.

- Peşəkar kunq-fu idmançısı olmaq üçün hansı keyfiyyətlər əsas götürülür?

- Peşəkar idmançı olmaq üçün, ilk növbədə, məqsəd olmalıdır və atlet bu məqsədinə çatmaq yolunda inamla addımlamalıdır. Əvvəla deyim ki, məşqlərdən yorulmaq olmaz. Əksinə, inamla və əzmlə çalışmaq lazımdır ki, üçrəngli bayrağımız beynəlxalq arenada dalğalansın. Bu gün ölkəmizdə kifayət qədər peşəkar kunq-fu ustaları var. Ellər Orucov, Ramil Allahverdiyev, Babək Hüseynov və Emil Hacıyevin adını çəkmək yerinə düşər.

- Tural müəllim, ətraflı müsahibəyə görə sağ olun.

- Təşəkkür edirəm, sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur