ELM VƏ TƏHSİL


Turizm üzrə xarici tədqiqatçılar Bakıda toplanacaqlar

Bakı, 29 mart, M.Dadaşov, AZƏRTAC

Ölkəmizin təhsil məkanında özünəməxsus yeri olan Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) kadr hazırlığı ilə yanaşı, turizm sahəsində elmi-tədqiqat işlərinin həyata keçirilməsinə, bunun üçün respublikamızda, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən alimləri bir araya gətirərək, fikir mübadiləsinin aparılmasına da xüsusi önəm verir. Belə ki, ATMU-nun təşkilatçılığı ilə aprelin 8-də bu ali məktəbin nəzdindəki Bakı Turizm Peşə Məktəbində “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda üçüncü beynəlxalq konfrans keçiriləcək.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə beş ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan, Gürcüstan) olan tədqiqatçıların turizmin müxtəlif sahələrinə dair 33 məruzəsi dinləniləcək.

Konfransda, həmçinin müvafiq mövzu ilə bağlı fikir mübadiləsi aparılacaq, XXI əsrdə turizmin dayanıqlı inkişafı, ayrı-ayrı ölkələrin bu inkişafa töhfəsi barədə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.