ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetinin əməkdaşları Türkiyədə beynəlxalq konfransda iştirak ediblər

Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları Gülgəz Məmmədova və Elnarə Qaraşova Türkiyədə “Rəqəmsal informasiya strukturlarında yeni nəsil həllər” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, “ANKOSLink 2021” açıq elm, açıq giriş, smart kitabxanalar, açıq məlumat bazaları, elektron xidmətlər, beynəlxalq nəşriyyatlara abunəlik və COVID-19 sonrası kitabxana xidmətlərinin inkişafına yönələn beynəlxalq konfrans Türkiyənin Antalya şəhərində keçirilib.
Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Kitabxana-İnformasiya Konsorsiumunun təşkilatçılığı ilə 10 nəfərlik qrup təmsil edib.
Qeyd edək ki, konfransa müxtəlif ölkələrdən 500-dən çox kitabxana- informasiya mütəxəssisi qatılıb.