DÜNYA


“Türk Hava Yolları” aviaşirkətinin Tel-Əviv səfərləri müvəqqəti təxirə salınıb

İstanbul, 14 may, AZƏRTAC

Qəzza sektorunda davam edən gərginliklə bağlı “Türk Hava Yolları” aviaşirkətinin Tel-Əviv səfərləri müvəqqəti təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin rəsmi internet səhifəsində bildirilib.

Məlumata əsasən, İstanbulun yeni hava limanından bu günə Tel-Əvivə nəzərdə tutulan bütün reyslər təhlükəsizlik tədbirləri məqsədilə təxirə salınıb. Mayın 15 və 16-na olan reyslərə bilet satışları isə dayandırılıb.

Qeyd edək ki, təhlükəsizlik tədbirləri məqsədilə dünyanın bir çox hava yolu şirkəti bu istiqamətdə səfərlərin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.