ELM VƏ TƏHSİL


“Türk dillərinin müqayisəli morfologiya”sı kitabı işıq üzü görüb

Bakı, 27 may, AZƏRTAC

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun “Türk dillərinin müqayisəli morfologiyası” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, əsərdə müasir türk dillərinin quruluşu müqayisə edilib, sözlər və qrammatik kateqoriyalar arasında ümumi və fərqli cəhətlər müəyyənləşdirilib. Kitabda ənənəvi morfologiyadan fərqli olaraq funksional-semantik kateqoriyaların da şərhinə yer verilib.

Vəsait ali təhsil müəssisələrinin müəllim və tələbələri, magistrantlar, doktorantlar, elmi işçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Nəşrin redaktoru professor İsmayıl Məmmədli, rəyçiləri, professorlar Mehman Musayev və Fikrət Xalıqovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.