DÜNYA


Türkiyə Belçikada PKK terrorçularına qarşı cinayət işinin ləğvinə etiraz edib

Ankara, 10 mart, AZƏRTAC

Türkiyə tərəfi Belçikanın Hakimlər Palatasının (BHP) PKK terrorçuları barədə qaldırdığı iddianamənin ölkənin ali məhkəməsinə göndərilməsini əsaslı sayır.

AZƏRTAC Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, PKK terror təşkilatı ilə əlaqəsi olan 36 şübhəliyə qarşı BHP-nin qaldırdığı cinayət işinin Belçika Federal Prokurorluğu tərəfindən ləğv olunması Türkiyənin etirazına səbəb olub.

Bildirilir ki, Türkiyə tərəfi müttəfiqi Belçikadan terrorla mübarizədə tələb olunan cavabdehlik çərçivəsində PKK-ya qarşı qətiyyətli addım atmağı gözləyir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.