DÜNYA


Türkiyə İsrailə səfir təyin edib

Ankara, 6 oktyabr, AZƏRTAC

Uzun fasilədən sonra Türkiyə təcrübəli diplomat Şakir Özkan Torunları İsrailə səfir təyin edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.

İxtisası sosioloq olan Şakir Özkan Torunlar ingilis və fransız dillərini bilir. O, Türkiyə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, ötən ay İsrail Xarici İşlər Nazirliyinin təcrübəli diplomatı İrit Lillia Türkiyəyə səfir təyin edilib.

 
Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.