DÜNYA


Türkiyə-Misir münasibətlərinin normallaşması məqsədilə keçirilən görüşdə səmərəli müzakirələr aparılıb

Ankara, 6 may, AZƏRTAC

Türkiyə ilə Misir arasında münasibətlərin normallaşması məqsədilə mayın 5-də Qahirədə başlayan və iki gün davam edən görüşdə səmərəli müzakirələr aparılıb. Müzakirələrdə ikitərəfli məsələlərlə yanaşı, regional proseslər, xüsusilə Liviya, Suriya və İraqdakı vəziyyət müzakirə edilib və Şərqi Aralıq dənizində sülhün və təhlükəsizliyin qorunmasının vacibliyi vurğulanıb.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin həmin görüşlə bağlı yaydığı açıqlamada yer alıb.

Bildirilib ki, tərəflər budəfəki məşvərət görüşünün nəticələrini dəyərləndirəcək və gələcək addımları qərarlaşdıracaqlar.

Qeyd edək ki, iki ölkə arasında münasibətlərin normallaşmasına hesablanmış məşvərət xarakterli görüşdə heyətlərə Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və Misir xarici işlər nazirinin müavini Hamdi Sanad Lozan başçılıq ediblər. Ekspertlər hesab edirlər ki, Türkiyə ilə Misir arasında siyasi və diplomatik münasibətlərin bərpası regionda tamamilə yeni bir əməkdaşlıq müstəvisi yaradacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.