SİYASƏT


Türkiyə Prezidenti: Qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq

Bakı, 15 iyun, AZƏRTAC

Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq. Beləliklə, bölgədə fəaliyyətimizin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsini də təmin edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti deyib: “Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur koridoru layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq koridor açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.