RƏSMİ SƏNƏDLƏR


Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Xain terror aktı nəticəsində Türkiyə vətəndaşları olan 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi xəbəri bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, qətlə yetirilənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 fevral 2021-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin