DÜNYA


Türkiyə Səudiyyə Ərəbistanında edam hökmünə məhkum olunan vətəndaşının taleyini araşdırır

Ankara, 4 fevral, AZƏRTAC

Türkiyə hökuməti Səudiyyə Ərəbistanında edam hökmünə məhkum olunan vətəndaşı Rəmzi Çiçəyin taleyi ilə bağlı hərəkətə keçib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, polis sürücü Rəmzi Çiçəyin idarə etdiyi ağır tonnajlı yük maşınından narkotik vasitə aşkar edib. Ailəsindən verilən məlumata görə, Səudiyyə məhkəməsi Rəmzi Çiçəyə edam hökmü çıxarıb. Məsələ ilə bağlı Ədalət və İnkişaf Partiyasının Hatay bölgəsindən deputatlar Xarici İşlər Nazirliyi qarşısında məsələ qaldırıblar. Bildirilir ki, artıq Türkiyənin Səudiyyə Ərəbistanındakı səfirliyi bu işlə əlaqədar fəaliyyətə başlayıb.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.