İDMAN


Türkiyə Superliqası: “Fənərbağça” doğma meydanda “Ərzurumspor”u məğlub edib

Bakı, 4 may, AZƏRTAC

Mayın 3-də futbol üzrə Türkiyə çempionatının 39-cu həftəsi çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” doğma meydanda “Ərzurumspor”u qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşə meydan sahibləri fəal başlayıblar. Matçda hesabı 6-cı dəqiqədə İstanbul təmsilçisinin yarımmüdafiəçisi Joze Sosa onbir metrlik cərimə zərbəsindən açıb. Daha sonra 12-ci dəqiqədə Enner Valensiya komandasının ikinci qolunu vurub. Cəmi iki dəqiqə sonra Dimitrios Peklas meydan sahiblərinin üçüncü qolunun müəllifi olub. Qonaqlar isə buraxılan toplardan yalnız birinin əvəzini çıxa biliblər. Özgür Sərt 81-ci dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib 3:1.

Günün digər matçlarında isə “Başakşəhər” doğma meydanda “Ankaragücü”nü 2:1 hesabı ilə üstələyib. “Alanyaspor” səfərdə “Kasımpaşa”ya 0:3 hesabı ilə uduzub. “Sivasspor” səfər oyununda “Qaziantep”i minimal hesabla məğlub edib. “Yeni Malatyaspor” – “Kayserispor” matçında isə hesab 1:1 olub.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 81 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 76 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 75 xala malik olan “Qalatasaray” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.