İDMAN


Türkiyə Superliqası: “Qalatasaray” ardıcıl ikinci qələbəsini qazanıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də futbol üzrə Türkiyə çempionatının ikinci turunun mərkəzi qarşılaşmasında “Başakşəhər” doğma meydanda “Qalatasaray”ı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə qonaqlar iki cavabsız qolla qalib gəliblər. Rademel Falkao və Yunis Belhanda fərqləniblər.

İkinci tura “Fənərbağça”–“Hatayspor” oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. İkinci turda “Ankaragücü” istirahət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.