İDMAN


Türkiyə Superliqası: "Beşiktaş" doğma meydanda "Konyaspor"u məğlub edib

Bakı, 11 mart, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasının XXV turunda “Beşiktaş” doğma meydanda “Konyaspor”u qəbul edib.

AZƏRTAC xəbər verir ki, “Vodafon Park” stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yada qalıb. Görüşün 14-cü dəqiqəsində “Beşiktaş”ın hücumçusu Adem Lyayiç hesabı açıb. Qonaqların cavab qolu çox çəkməyib. Ömər Əli Şahiner 20-ci dəqiqədə hesabı bərabərləşdirib. Meydan sahibləri yenidən 34-cü dəqiqədə Burak Yılmazın vurduğu qolla hesabda önə keçiblər. Konya təmsilçisi 76-cı dəqiqədə yenidən hesabı bər-abərləşdirməyə nail olublar. Moryke Fofana komandasının ikinci qolunu vurub. Lakin meydan sahibləri görüşün son dəqiqələrində hesabda yenidən önə keçməyi bacarıblar. Sindzi Kaqava oyunun sonuna artırılmış dəqiqələrdə İstanbul klubunun qələbə qolunu vurub. Oyun elə bu hesabla bitib 3:2. Beləliklə bu qələbədən sonra “Beşiktaş” 44 xalla irəliləyərək ən yaxın izləyicisi “Trabzonspor”la xal fərqini 4-ə çatdırıb.

Günün digər oyunlarında “Alanyaspor” öz meydanında “Ərzurumspor”u 2:1 hesabı ilə məğlub edib. “Rizespor” və “Ka-yserispor” görüşündə isə Rizə təmsilçisi qonaq komandanın qa-pısında 3 cavabsız qol keçirib. Digər “Göztəpə” “Kasımpaşa” qarşılaşmasında isə qapılara qol vurulmayıb.

XXV tura bu gün “Qalatasaray”-“Antalyaspor” qarşılaşması ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.