İDMAN


Türkiyə Superliqası: "Beşiktaş" səfərdə rəqibinə qalib gələrək turnir cədvəlində altıncı pilləyə yüksəlib

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da futbol üzrə Türkiyə Superliqasında ikinci dövrəyə start verilib.

AZƏRTAC xəbər verir ki, XVIII turun ilk matçında turnir cədvəlində yeddinci sırada qərarlaşan İstanbulun "Beşiktaş" komandası səfərdə "Akhisarspor"u 3:1 hesabı ilə məğlub edib.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda İstanbul təmsilçisinin qollarını Dorukhan Tokoz (23), Gökhan Gönül (48) və Kayl Larin (76) vurublar. Meydan sahiblərinin heyətində isə Sokol Çikalleşi (80) fərqlənib.

Bu qələbədən sonra hesabındakı xallarının sayını 29-a çatdıran Şenol Günəşin yetirmələri çempionatda altıncı pilləyə yüksəliblər.

Qeyd edək ki, bu qarşılaşmada "Beşiktaş"ın heyətində yeni transferləri fransalı müdafiəçi Nikola İsimat-Mirini və 11 il sonra doğma klubuna qayıdan Türkiyə milli komandasının hücumçusu Burak Yılmaz meydana çıxıblar.

Türkiyə çempionatında 35 xalla "Başakşəhər" komandası hazırda vahid liderdir. Hesablarında 29 xalı olan beş komanda – "Trabzonspor", "Yeni Malatyaspor", "Kasımpaşa", "Qalatasaray" və "Beşiktaş" turnir cədvəlində ikinci-altıncı yerləri bölüşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.