DÜNYA


Türkiyə XİN ABŞ-ın dövlət katibinə etirazını bildirib

Bakı, 4 yanvar, AZƏRTAC

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ABŞ-ın dövlət katibi Mayk Pompeonun Ankaranın Suriya siyasətinə dair fikirlərinə etirazını bildirib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, H.Aksoyun sözlərinə görə, Birləşmiş Ştatların dövlət katibinin “NewsMax” televiziya kanalına müsahibəsində Suriya ərazisində fəaliyyət göstərən YPG/PKK terror təşkilatlarının üzvlərinin kürd xalqı ilə eyniləşdirilməsi yanlışdır. O, həmçinin Pompeonun Ankaranın terrorçularla mübarizə sahəsində fəaliyyətini tənqid etməsini yolverilməz adlandırıb.

Türkiyə XİN rəsmisi əlavə edib ki, Ankara Suriyanın milli birliyi və ərazi bütövlüyünü, habelə özünün milli təhlükəsizliyini təhdid edən PKK/PYD/YPG və İŞİD terror təşkilatlarına qarşı mübarizəni əzmlə davam etdirəcək. Onun sözlərinə görə, Türkiyə kürdlərin də daxil olduğu bütün suriyalıları dəstəkləyir. “Türkiyə istər terrorla mübarizədə, istərsə də Suriyada münaqişənin nizama salınması prosesində suriyalı kürdlərin hüquqlarını müdafiə etməyi davam etdirəcək. PYD/YPD terrorçularının zülmündən qaçan yüz minlərlə suriyalı kürdlər Türkiyədə sığınacaq tapıb və onların təzyiqi nəticəsində öz yurdlarına qayıda bilmirlər”, -deyə H.Aksoy vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Suriyadan qoşunların çıxarılmasına baxmayaraq, burada yaşayan kürdləri Türkiyənin törədəcəyi qırğından qoruyacaqlarını bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.