SİYASƏT


Türkiyə mediası Ermənistanın terrorçu mahiyyətini bütün dünyaya yaymaqda davam edir

Ankara, 12 oktyabr, AZƏRTAC

Türkiyənin kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin oktyabrın 10-da Rusiyanın RBK televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlərinə, həmçinin Ermənistan ordusunun Gəncə şəhərində çoxmərtəbəli yaşayış binasının ballistik raketlə vurulmasına, eləcə də cəbhədəki vəziyyətə dair məlumatları geniş şəkildə yaymaqda davam edir. Anadolu agentliyi və TRT-nin bütün qurumları Azərbaycanla bağlı mövzunu əsas məsələ kimi gündəmdə saxlayır.

AZƏRTAC xəbər verir ki, qardaş ölkə KİV-ləri döyüş meydanında aldığı məğlubiyyətlə barışmayan düşmən ordusunun azğınlıq edərək günahsız insanları hədəfə aldığı diqqətə çatdırılır. Telekanallar Ermənistanın Azərbaycana qarşı törətdiyi davamlı təxribatlarla bağlı xüsusi reportajları yayımlayır, münaqişə ilə bağlı ekspert rəyləri təqdim edir, cəbhə bölgəsindən birbaşa xəbərlər verir, Türkiyədə keçirilən dəstək aksiyalarını geniş işıqlandırır.

Məlumatlarla Anadolu, İHA, DHA agentlikləri, “TRT Haber”, “Haber Türk”, TGRT, “A Haber”, “Haber Global”, “Büngü TV”, “CNN türk” telekanallarının, habelə “Akşam”, “Milliyət”, “Sabah”, “Sözçü”, “Yeni çağ” və sair nüfuzlu qəzetlərin, həmçinin yerli bölgə saytlarında tanış olmaq mümkündür.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.