DÜNYA


Türkiyə ordusunun əsgəri şəhid olub

İstanbul, 16 iyun, AZƏRTAC

İraqın şimalında terrorçular tərəfindən edilən hücum nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən Türkiyə ordusunun əsgəri tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

Açıqlamada deyilir: “16 iyun 2022-ci il tarixində “Pəncə-Kilid” əməliyyatının baza bölgəsində terrorçular tərəfindən açılan təxribat atəşi nəticəsində qəhrəman yoldaşımız çavuş Kadir Kemik yaralanıb və dərhal xəstəxanaya çatdırılıb. Lakin, bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və o, şəhid olub.

Bizi dərin ağrı və hüznə boğan bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və millətimizə başsağlığı verir, səbir diləyirik”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.