CƏMİYYƏT
Türkiyə televiziyasında Silahlı Qüvvələr Günü ilə bağlı xüsusi proqram yayımlanıb
İstanbul, 27 iyun, AZƏRTAC
Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti verilişi 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunub.
AZƏRTAC xəbər verir ki, bir ildən çoxdur efirə gedən proqramın növbəti buraxılışında müharibə veteranlarının ordumuz haqqında düşüncələri və mesajları yer alıb, hər il daha da güclənən Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şanlı yol barədə tamaşaçılara məlumat verilib. Bundan əlavə, verilişdə Azərbaycan Ordusu ilə bağlı videoçarx nümayiş etdirilib, vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.
Proqramın müəllifi və aparıcısı, həmyerlimiz jurnalist Səidə Ömərdir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [20:26]
Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib
- 10.05.2024 [20:17]
Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər
- 10.05.2024 [19:41]