DÜNYA
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
İstanbul, 24 aprel, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Məlumata əsasən, iki lider arasındakı telefon danışığı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna böhranında vəziyyətin gündən-günə daha da acınacaqlı hal aldığını qeyd edib, Mariupoldakı yaralıların və mülki əhalinin təxliyəsinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Vasitəçilik də daxil olmaqla müzakirələr prosesinə əllərindən gələn hər cür lazımi dəstəyi göstərməyə hazır olduqlarını ifadə edən Prezident Ərdoğan Ukrayna tərəfinin irəli sürdüyü zamin məsələsinə də müsbət yanaşdıqlarını dilə gətirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul