DÜNYA


Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 24 nəfər saxlanılıb

Ankara, 6 noyabr, AZƏRTAC 

Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkir vilayətinin 11 rayonunda İŞİD silahlılarına qarşı geniş antiterror əməliyyatı keçirib.

AZƏRTAC xəbər verir ki, əməliyyat zamanı şübhəli qismində 24 nəfər həbs olunub. Saxlanılan şəxslərdən ümumilikdə 579 min 608 ABŞ dolları, 5 min 300 avro, 1 milyon 304 min Türkiyə lirəsi, 124 min 800 Suriya lirəsi, 36 mobil telefon, qanunsuz işlərdə istifadə etdikləri digər qurğular və saxta sənədlər aşkar olunub. Dəstə üzvlərinin Suriya, Livan, Liviya, İraq, İndoneziya və digər ölkələrə qanunsuz pul köçürdükləri müəyyən edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.