İQTİSADİYYAT


Türkiyədə PUA-lar üçün istehsal olunan yeni mühərriklər “Texnofest-2021” sərgisində böyük maraqla qarşılanıb

Ankara, 21 sentyabr, AZƏRTAC

İstanbulda keçirilən “Texnofest-2021” Aviasiya, Kosmos və Texnologiyalar festivalı bir sıra yeniliklərlə özündən əvvəlkilərlə müqayisədə cəlbediciliyini daha da artırıb.

AZƏRTAC xəbər verir ki, ümumilikdə 450 min kvadratmetr sahəni əhatə edən festivalda bir sıra texnoloji yarışmalarla bərabər sərgilər də ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Aviasiya və Kosmos Sənayesi A.Ş. (TUSAŞ) tərəfindən pilotsuz uçuş aparatlarını (PUA) idarə etmək üçün hazırlanan Türkiyənin ilk turbodizel aviasiya mühərriki də bu sərgidə nümayiş olunur.

TUSAŞ-ın sərgilədiyi PD170 mühərrikindən 5 kiloqram yüngül və 55 at gücü daha güclü olan yeni PD222ST mühərriki bir sıra cəhətləri ilə PUA-lar üçün daha sərfəlidir. Bildirilir ki, şirkət indiyədək 60-dan artıq PD170 mühərriki istehsal edib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.