DÜNYA


Türkiyədə avtomobillər üçün sürətli elektrik şarj stansiyaları qurulur

Türkiyədə avtomobillər üçün sürətli elektrik şarj stansiyaları qurulur

Ankara, 27 noyabr, AZƏRTAC

Elektrotexnika və mikroelektronika sahələrində böyük yeniliklərə imza atan Türkiyə bu sahədə xidmət sahələrini genişləndirməyə strateji hədəf kimi yanaşır. Avtomobillər üçün “Esarj” (elektrik şarj) stansiyalarının yaradılması da bu xidmətlər sırasında özünə yer tapır.

AZƏRTAC xəbər verir ki, 2023-cü ildə Türkiyənin 81 vilayətinin hamısında sürətli “Esarj” stansiyaları qurulacaq. Bundan başqa, elektrik mühərrikli avtomobillərin akkumulyatorlarının doldurulması müddətinin qısaldılması hədəflənir. Hazırda 7,5-8 saat müddətində doldurulan akkumulyatorların sürətli enerji yığması qısa zaman kəsiyində 30 dəqiqəyə, sonra 15, daha sonra isə 5 dəqiqəyə endiriləcək.

Xatırladaq ki, Bursa vilayətinin Gemlik rayonunda inşa olunan Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsal zavodu oktyabrın 29-da açılıb. Müəssisənin illik istehsal gücünü 175 min ədədə çatdırmaq hədəflənir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.