DÜNYA


Türkiyədə baş vermiş sel fəlakəti nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb VİDEO

Bartın, 13 avqust, AZƏRTAC

Türkiyənin Qaradəniz bölgəsində baş vermiş sel fəlakəti nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, ölkənin Kastamonu vilayətində 29, Sinopda isə 2 nəfərin cəsədi tapılıb. Daha on nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər. İtkin düşən yüzə yaxın vətəndaşın axtarışı davam etdirilir.

Hidrometeoroloqlar bölgədə yağıntılı hava şəraitinin daha bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar.

Xatırladaq ki, bu ərazilər təbii fəlakət bölgəsi elan edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

Bartın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.