DÜNYA


Türkiyədə kimyəvi məhsullar emal edən fabrikdə güclü partlayış baş verib

İstanbul, 12 oktyabr, AZƏRTAC

Türkiyənin Bursa vilayətinin Kestel rayonunda kimyəvi məhsullar emal edən fabrikdə partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, ilkin məlumata əsasən, hadisə nəticəsində fabrikin işçilərindən biri həlak olub, altı nəfər xəsarət alıb. Ətrafa yayılan zərərli qazın təsirindən 15-20 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.