DÜNYA


Türkiyədə mebel fabrikində partlayış baş verib

İstanbul, 20 fevral, AZƏRTAC

Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda mebel fabrikində güclü partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, ilkin məlumata əsasən, partlayış fabrikin buxar qazanında meydana gəlib. Hadisə nəticəsində işçilərdən biri həlak olub, altısı yaralanıb. Onlardan dördünün vəziyyəti ağırdır.

Əhali arasında təşvişə səbəb olan partlayış ətraf bölgələrdə də hiss edilib.

Faktla bağlı araşdırma aparılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.