DÜNYA


Türkiyədə yol qəzaları: 6 nəfər ölüb, 37-si yaralanıb

Ankara, 17 yanvar, AZƏRTAC 

Türkiyənin Amasya şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, buzlu yolda sürüşərək idarəetməsi itən avtobus yol kənarındakı iki nəfəri əzərək öldürüb. Salondakı 35 sərnişin yaralanıb.

Konya şəhərinin Karapınar rayonunda isə minik avtomobilinin idarəetməni itirərək qarşıdakı yük maşınına çırpılması nəticəsində bir ailənin 4 üzvü ölüb, 2-si yaralanıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.