DÜNYA


Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb

Bakı, 26 yanvar, AZƏRTAC

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, dağıntılar altından indiyədək 45 nəfər sağ olaraq çıxarılıb.

Təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam edir.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20.55-də episentri Elazığ şəhərinin Sivrice rayonunda olan 6,8 bal gücündə zəlzələ baş verib. Bundan sonra bölgədə 4 baldan çox 20 yeraltı təkan və 678 afterşok qeydə alınıb. Yeraltı təkanlar Malatya, Adana, Hatay, Osmaniyə, Tunceli, Qaziantep, Şanlıurfa, Mardin və bir sıra digər vilayətlərdə də hiss olunub.

Azərbaycan Prezidenti İlham Əliyev təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və Azərbaycanın qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.