DÜNYA


Türkiyədən Yunanıstana qaçmaq istəyən FETÖ üzvləri saxlanılıblar

İstanbul, 18 iyun, AZƏRTAC

Türkiyədən Yunanıstana qaçmaq istəyən yeddi nəfər FETÖ üzvü ələ keçirilib.

AZƏRTAC xəbər verir ki, terrorçular Balıkesir vilayətinin Ayvalık rayonunda saxlanılıblar. Axtarışda olan həmin şəxslərin qayıqlarla Yunanıstanın Midilli adasına keçmək istədikləri müəyyən edilib.

Yeddi terrorçu və onlara kömək edən iki nəfər saxlanılıb.

Saxlanılanlardan beşi keçmiş polis əməkdaşıdır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.