SİYASƏT


Türkiyəli ekspert: Tam əminliklə deyə bilərəm ki, Ermənistan Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməz

İstanbul, 14 iyul, AZƏRTAC

İstər iqtisadi, istərsə də siyasi baxımdan Azərbaycan ilə Ermənistan arasında müqayisə olunmayacaq dərəcədə ciddi fərq var. Bir tərəfdə dünyada nüfuzunu gündən-günə itirən, kasıb, o cümlədən işsizlərin sayının kifayət qədər çox olduğu, iqtisadiyyatı tənəzzülə uğrayan Ermənistan, digər tərəfdən isə dayanıqlı iqtisadiyyata, güclü beynəlxalq mövqelərə malik Azərbaycan var.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin beynəlxalq-siyasi məsələlər üzrə eksperti Kutay Karaca deyib.

Ekspert bildirib: “Bundan əlavə Azərbaycan ordusunun gücü və qüdrəti hər kəsə məlumdur. Keçmiş hərçi və bu sahə üzrə mütəxəssis olaraq tam əminliklə deyə bilərəm ki, Ermənistan Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməz. Son hadisələrdə ermənilər tərəfindən edilən provokasiya gərginliyi artırdı. Bəli, Azərbaycan tərəfi dörd şəhid verdi. Allah şəhidlərimizə rəhmət eləsin. Lakin, Azərbaycan hücuma keçmədən, yalnız cavab atəşi ilə Ermənistanın çoxlu sayda hərbi texnikasını və canlı qüvvəsini məhv etdi. Bunu istər Türkiyə, istərsə də dünya KİV-lərində gördük”.

O qeyd edib ki, Ermənistan rəhbərliyi bütün bu risklərə məhəl qoymadan hər gün daha da çökən iqtisadiyyatını, ölkədaxili qarışıqlığı ört-basdır etmək üçün bu gərginliyi başladıb. Əminəm ki, Azərbaycan tərəfinin verəcəyi sərt cavab onları susdurdacaq”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.