İDMAN
Türkiyəli güləşçi: Belə mötəbər yarışda bürünc mükafatçı olmaq da yaxşı nəticədir

Bakı, 18 iyun, Rəşad İsmayılov, AZƏRTAC
Azarkeşlərin Türkiyə idmançılarına verdikləri dəstək inanılmazdır. Azərbaycan güləşçiləri ilə bizə heç bir fərq qoymurlar. Qazandığım uğurda onların payı çoxdur. Özümü evdəki kimi hiss etdim.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ilk Avropa Oyunlarının bürünc medalçısı, türkiyəli güləşçi Elif Jalə Yaşılırmaq deyib.
Rəqiblərindən danışan E. J. Yaşılırmaq belə yüksək səviyyəli yarışa zəif idmançının gəlmədiyini deyib: “Odur ki, rəqiblərimin hamısı güclü idi”.
Hədəfinin qızıl medal olduğunu diqqətə çatdıran türkiyəli idmançı belə mötəbər yarışda bürünc qazanmağın da yaxşı nəticə olduğunu söyləyib.
"Ölkəmə bu dəfə bürünc medal qazandıra bildim. Amma gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyimdən əminəm", - deyə güləşçi bildirib.