İQTİSADİYYAT


Türkiyənin Baş naziri: TANAP Balkan ölkələrinin və Avropanın enerji təhlükəsizliyini təmin edəcək

İstanbul, 12 iyun, AZƏRTAC 

Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) Bolqarıstan üzərindən Avropanın digər ölkələrinə davam etməsi prinsipial olaraq qəbul etdiyimiz qərarın nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. Baş nazir bildirib ki, bu kəmər vasitəsilə illik 10 milyard kubmetr Azərbaycan qazı Avropa bazarına nəql olunacaq. TANAP böyük bir coğrafiyada sosial rifahı artıracaq, Balkan ölkələrinin və Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, TANAP Türkiyənin 20 vilayət, 67 rayon və 600 kəndindən keçməklə TAP boru kəmərinə birləşəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.