DÜNYA


Türkiyənin Çeşmə bölgəsində baş verən yanğın söndürülüb

İstanbul, 14 avqust, AZƏRTAC

Türkiyənin İzmir vilayətinin Çeşmə rayonunda gecə saatlarında başlayan yanğın söndürülüb. Hazırda soyutma işləri görülür.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli məlumat verib.

Nazir təxliyə olunan vətəndaşların evlərinə qayıda biləcəklərini açıqlayıb.

Xatırladaq ki, təxminən 50 hektar ərazini əhatə edən yanğının söndürülməsinə 100-dən çox yanğınsöndürmə avtomobili, 2 təyyarə, 20 helikopter və 400-dək canlı qüvvə cəlb olunub.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.