DÜNYA


Türkiyənin Mosuldakı baş konsulluğuna hücum olub

Ankara, 27 iyul, AZƏRTAC

İyulun 27-də səhər saatlarında Türkiyənin Mosuldakı baş konsulluğuna hücum olub. İnsan tələfatına səbəb olmayan bu hücumu gerçəkləşdirən şəxslərin dərhal aşkarlanıb ədalət qarşısına çıxarılmasını gözləyirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

İraq tərəfinin diplomatik korpusun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsuliyyətini yerinə yetirməyə dəvət olunduğu açıqlamada, həmçinin deyilir: "İraq rəsmilərinin çağırışı ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında ölkəmizin haqsız yerə ittiham olunduğu və hədəf alındığı bir vaxtda bu hücumun baş verməsi ağır hadisə və düşündürücüdür. Bununla əlaqədar biz İraq hakimiyyətini diqqəti terrorizmlə mübarizəyə yönəltməyə, öz ərazilərində qonşu ölkələr və diplomatik nümayəndəliklər üçün təhlükə yaradan terrorçuların mövcudluğuna son qoymağa çağırışımızı təkrar edirik”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.