SİYASƏT


Türkiyənin Səhiyyə naziri: Qardaş Azərbaycanın yanındayıq

İstanbul, 28 sentyabr, AZƏRTAC

Qanuni cavab vermək üçün hərəkətə keçən qardaş Azərbaycanın yanındayıq.

AZƏRTAC xəbər verir ki, bu ifadələri Türkiyə Respublikasının Səhiyyə naziri Fahrettin Koca təcavüzkar Ermənistanın hərbi təxribatları nəticəsində yaranmış gərgin vəziyyətlə bağlı sosial şəbəkədəki paylaşımında ifadə edib.

Nazir bildirib: “Ermənistan Azərbaycana xaincə hücum etdi. Ağır bombardmanlar nəticəsində dinc əhali arasında çox sayda yaralı və həlak olanlar var. Dövlətçilik ləyaqəti və insan dəyərlərinə uyğun olmayan bu hücumu qınayırıq. Qanuni cavab üçün tədbir görən qardaş Azərbaycanın yanındayıq”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.