MƏDƏNİYYƏT


Türkiyənin Tekirdağ vilayətində “Şuşa İli” ilə bağlı fotosərgi açılıb VİDEO

Tekirdağ, 5 oktyabr, AZƏRTAC

Türkiyənin Tekirdağ vilayətində Azərbaycana həsr olunan “Qardaş köməyi” mövzusunda fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, türkiyəli foto sənətçisi Hakan Tokuçun əsərlərindən ibarət sərgidə Azərbaycanın tarixi məscidləri ilə yanaşı Heydər Əliyev Mərkəzini əks etdirən fotoşəkillər də yer alır.

“Şuşa İli” çərçivəsində keçirilən tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Tekirdağ Valiliyinin təşkilatçılığı, Türkiyə Foto Sənəti Federasiyası və digər qurumların dəstəyi ilə təşkil olunub.

Sərginin açılış mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Tekirdağ valisi Aziz Yıldırım, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (“Hazarfem” dərnəyi) sədri Nuran Acar, Türkiyənin bir sıra dövlət qurumlarının, o cümlədən nazirliyin, konsulluğun əməkdaşları, valiliyin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Hakan Tokuç sərgidə iki hissədən ibarət ümumilikdə 65 əsərin nümayiş etdirildiyini bildirib. Birinci hissə Bakıda yerləşən Heydər Əliyev Mərkəzinə həsr olunub. Mərkəzin əzəmətindən ilham alaraq bu fotoları çəkdiyini deyən sənətçi binanın memari baxımdan xüsusiyyətlərini vurğulayıb. Sərginin ikinci hissəsi isə Azərbaycanda islam mədəniyyətinin nümunəsi olan məscidlərə həsr olunub.

Açılış mərasimi konsert proqramı ilə davam etdirilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.