SİYASƏT


Türkiyənin xarici işlər naziri sabah Azərbaycana səfərə gələcək

Bakı, 23 iyul, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 24-də Azərbaycana səfərə gələcək.

AZƏRTAC xəbər verir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev iyulun 23-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, səfər çərçivəsində M.Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında təkbətək və geniş tərkibdə görüşlər nəzərdə tutulub.

Türkiyəli nazir Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.