İQTİSADİYYAT
Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları Sərgisi açılıb
Avaza, 11 avqust, АZƏRTAC
Avqustun 11-də Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanında Birinci Xəzər İqtisadi Forumu çərçivəsində “Türkmən səhrası-2019” adlı Xəzər İnnovasiya Texnologiyaları Sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təbrik məktubu oxunub.
Sərgi çərçivəsində Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın milli stendlərinin təqdimatı keçirilib.
Həmçinin Niderland, BƏƏ, Çin, Türkiyə, Belarus, Fransa, Yaponiya, Almaniya, Özbəkistan, Finlandiya və digər ölkələrin şirkətləri də sərgidə iştirak edirlər.
Sərgidə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, İnnovasiyalar Agentliyi, AZPROMO, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərmarka” MMC, Turizm Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, “Azərtelecom”, “Bestcom group” və R.I.S.K. şirkətləri təmsil edirlər.
Avqustun 12-dək davam edəcək sərgi çərçivəsində müxtəlif şirkətlərin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Avaza