İDMAN


UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turuna yekun vurulub

Bakı, 1 oktyabr, AZƏRTAC

Sentyabrın 30-da futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi “Qalatasaray” Fransada “Marsel” ilə oyununda qolsuz heç-heçə qeydə alınıb. Bununla da “sarı-qırmızılar” xallarını 4-ə çatdıraraq, qrupda vahid liderə çevriliblər. Qrupun digər matçında “Latsio” İtaliyada Rusiyanın “Lokomotiv” komandasını iki cavabsız qolla məğlub edib.

Bu gün oynanılan qarşılaşmalarda qeydə alınan hesablar:

A qrupu

“Sparta” (Praqa) – “Reyncers” (Şotlandiya) - 1:0;

“Lion” (Fransa) – “Bröndbü” (Danimarka) - 3:0.

Qrupdakı vəziyyət: “Lion” - 6, “Sparta” -4, “Bröndbü” - 1, “Reyncers” - 0.

B qrupu

“Şturm” (Qrats) - PSV (Eyndhoven) - 1:4;

“Real Sosyedad” (İspaniya) – “Monako” (Fransa) - 1:1.

Qrupdakı vəziyyət: PSV - 4, “Monako” - 4, “Real Sosyedad” - 2, “Şturm” - 0.

C qrupu

“Legiya” (Polşa) – “Lester” (İngiltərə) - 1:0;

"Napoli" (İtaliya) - "Spartak" (Moskva, Rusiya) - 2:3.

Qrupdakı vəziyyət: "Legiya" - 6, "Spartak" - 3, "Napoli" - 1, "Lester" - 1

D qrupu

“Antverpen” (Belçika) – “Ayntraxt” (Frankfurt) - 0:1;

“Fənərbağça” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) - 0:3.

Qrupdakı vəziyyət: "Olimpiakos" - 6, "Ayntraxt" - 4, "Fənərbağça" - 1, "Antverpen" - 0

E qrupu

“Marsel” (Fransa) – “Qalatasaray” (Türkiyə) – 0:0;

“Latsio” (İtaliya) – “Lokomotiv” (Moskva) – 2:0.

Qrupdakı vəziyyət: “Qalatasaray” - 4, “Latsio” – 3, “Marsel” - 2, “Lokomotiv” - 1.

F qrupu

“Braqa” (Portuqaliya) – “Midtyulland” (Danimarka) – 3:1;

“Ludoqorets” (Bolqarıstan) – “Srvena Zvezda” (Belqrad) – 0:1.

Qrupdakı vəziyyət: “Srvena Zvezda” - 6, “Braqa” – 3, “Ludoqorets” - 1, “Midtyulland” - 1.

G qrupu

“Ferentsvaroş” (Macarıstan) – “Real Betis” (İspaniya) – 1:3;

“Seltik” (Şotlandiya) – “Bayer” (Leverkuzen, Almaniya) – 0:4.

Qrupdakı vəziyyət: “Bayer” – 6, “Betis” - 6, “Ferentsvaroş” – 0, “Seltik” – 0.

H qrupu

“Vest Hem” (İngiltərə) – “Rapid” (Vyana, Avstriya) – 2:0;

“Genk” (Belçika) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 0:3.

Qrupdakı vəziyyət: “Vest Hem” - 6, “Dinamo” – 3, “Genk” - 3, “Rapid” - 0.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.