İDMAN


UEFA Çempionlar Liqası: Ronaldu Neymara qarşı

Bakı, 14 fevral, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində növbəti oyunlar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirin son qalibi “Real Madrid” doğma meydanda PSJ-ni qəbul edəcək. Bu komandalar indiyədək beş dəfə qarşılaşıblar. Bu oyunların üçündə İspaniya klubu qələbə qazandığı halda, birində PSJ üstün olub. Bir dəfə isə görüş qolsuz bərabərliklə yekunlaşıb. “Real”–PSJ oyunu erkən final hesab olunan matçlardandır. Həmçinin görüş Ronaldu-Neymar dueli kimi də qiymətləndirilir.

Günün digər görüşündə isə “Liverpul” səfərdə “Porto”nun qonağı olacaq. İndiyədək iki dəfə üz-üzə gələn komandaların görüşünün biri heç-heçə, digər oyun isə ingilislərin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.