İDMAN


UEFA Çempionlar Liqasının birinci turunun ən yaxşı qolunun müəllifi kim olacaq?

Bakı, 19 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 19-da UEFA Çempionlar Liqasının birinci turunun ən yaxşı qolunun müəllifi adına namizədlər açıqlanıb.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, həftənin ən yaxşı qolu nominasiyasının qalibi “Yuventus”un hücumçusu Xuan Kuadradonun “Atletiko Madrid”in, “Paris Sen Jermen”in hücumçusu Anxel Di Marianın “Real Madrid”in, “Ayaks”ın yarımmüdafiəçisi Edson Alvarezin “Lill”in, “Tottenhem”in futbolçusu Lukas Mauranın isə “Olimpiakos”un qapısından keçirdiyi qollar arasından seçiləcək.

Qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində sentyabrın 20-də müəyyənləşəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.