İDMAN


UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turuna start verilib

Bakı, 18 oktyabr, AZƏRTAC

UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun birinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar üz-üzə gəliblər.

“E” qrupunda İngiltərə təmsilçisi “Liverpul” Sloveniyada “Maribor”un qonağı olub. Görüş “Liverpul”un 0:7 hesablı qələbəsi ilə başa çatıb. “Spartak Moskva” isə öz meydanında İspaniyanın “Sevilya” klubuna 5:1 hesabı ilə qalib gəlib.

“F” qrupunda yer alan “Mançester Siti” doğma meydanda “Napoli”dən üstün olub-2:1. Qrupun digər qarşılaşmasında isə Hollandiya təmsilçisi “Feyenoord” öz meydanında Ukraynanın “Şaxtyor” klubuna 1:2 hesabı ilə məğlub olub.

Türkiyə təmsilçisi “Beşiktaş” klubunun da yer aldığı “G” qrupunda da maraqlı nəticələr qeydə alınıb. “Beşiktaş” Fransada “Monako”nun qonağı olub. Görüş Türkiyə təmsilçisinin 1:2 hesablı qələbəsi ilə başa çatıb. “Leypsiq” (Almaniya) – “Portu” (Portuqaliya) qarşılamasında isə almaniyalılar 3:2 hesablı qələbəni bayram ediblər.

“H” qrupunun favoriti “Real Madrid” isə doğma meydanda “Tottenhem” ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Qrupun digər oyununda da bərabərlik qeydə alınıb. APOEL öz meydanında “Borussiya Dortmund” ilə heç-heçə oynayıb - 1:1.

Xatırladaq ki, oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun digər oyunları keçiriləcək. Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda İspaniyanın “Atletiko Madrid” klubunu qəbul edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.