İDMAN


UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ən yaxşı futbolçusu müəyyənləşib

Bakı, 15 fevral, AZƏRTAC

Fevralın 15-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ən yaxşı oyunçusunun adı açıqlanıb.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, İngiltərənin “Tottenhem” klubunun belçikalı müdafiəçisi Yan Vertonqen azarkeşlər arasında keçirilən sorğuya əsasən, ən yaxşı futbolçu adına layiq görülüb.

Otuz bir yaşlı müdafiəçi bu nominasiyada Marko Veratti (“Paris Sen-Jermen”), Tibo Kurtua (“Real Madrid”) və Nikolo Zaniolonu (“Roma”) geridə qoyub.

Yan Vertonqen komandasının səkkizdəbir finalda “Borussiya Dormund”u 3:0 hesabı ilə məğlub etdiyi matçda bir qol vurub və bir məhsuldar ötürmə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.