İDMAN
UEFA Çempionlar Liqasının üçüncü turuna yekun vurulub
Bakı, 25 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 24-də UEFA Çempionlar Liqasının üçüncü turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması "Nou Kamp" stadionunda keçirilib. İspaniya çempionu "Barselona" İtaliyanın "İnter" klubunu qəbul edib. İlk dəqiqələrdən özünə xas oyun nümayiş etdirən kataloniyalılar birinci hissənin sonunadək topa nəzarət edib və rəqibin qapı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Buna baxmayaraq, hesabı 32-ci dəqiqədə açıb. Luis Suarezin ötürməsini əsas heyətdə Lionel Messini əvəz edən Rafinya dəqiq zərbə ilə tamamlayıb - 1:0.
Fasilədən sonra ispanlar hesab arasında ki fərqi iki topa çatdırıb. İvan Rakitiçin sayəsində Jordi Alba topu qapıdan keçirdib. Buda oyunda son qol olub.
Turun digər maraq doğuran oyunu Fransada keçirilib. PSG İtaliyanın "Napoli" klubunu qəbul edib. Qarşılaşmanın favoriti fransızlar sayılsa da, hesabı qonaqlar açıb. Maria Kalyexonun effektli ötürməsi Lorenso İnsinyanı rəqibin qapıçısı ilə təkbətəkə çıxardıb. Sonuncu fürsəti əldən verməyib - 0:1. Birinci hissə 1:0 "Napoli" klubunun üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra hücumlarının təzyiqini artıran PSG qarşılaşmanın 61-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Belə ki, fransızların cinah müdafiəçisi Toma Mönye hücuma qoşularaq cərimə meydançasına ötürmə verən zaman top "Napoli" oyunçusunun ayağına dəyərək (Mario Rui) qapıdan keçib - 1:1. Qoldan on altı dəqiqə sonra neapollular yenidən hesabda irəli keçib. Dris Mertens adını tabloya yazdırıb - 1:2. Buda oyunda son qol olmayıb. Oyunun əsas vaxtına əlavə olunmuş üçüncü dəqiqədə (90+3) Anxel Di Mariya sol ayağı ilə uzaq məsafədən baxımlı qola imza atıb – 2:2.
Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.
İngiltərənin "Tottenhem" klubu səfərdə Niderlandın PSV klubunun qonağı olub. Oyunda hesabı rəqibi əks hücumda yaxalayan meydan sahibləri Hirving Lozanonun sayəsində açıblar - 1:0. Birinci hissənin başa çatmasına beş dəqiqə qalmış "Tottenhem" klubu hesabı bərabərləşdirib. Belə ki, Kristian Eriksen, Kiran Tripyer və Lukas Maura kombinasiyasını sonuncu dəqiq zərbə ilə tamamlayıb - 1:1. Birinci hissə bu hesabla başa çatıb.
Qarşılaşmanın ikinci hissəsinin 55-ci dəqiqəsində ingilislərin əsas qol silahı sayılan Hari Keyn Kristian Eriksenin cinah ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:2. Matçın 79-cu dəqiqəsində londonluların qapıçısı Higo Loris kobud oyununa görə hakim tərəfindən qırmızı vərəqə alaraq meydandan qovulub. Qarşılaşmanın 87-ci dəqiqəsində PSV klubu yenidən hesabı bərabərləşdirib. Luk de Yonq oyunda son nöqtəni qoyub.
Oktyabrın 24-də keçirilən turun bütün oyunlarının nəticələri:
A qrupu
"Brügge" - "Monako" - 1:1
"Borussiya Dortmund" - "Atletiko Madrid" - 4:0
B qrupu
"Barselona" - "İnter" - 2:0
PSV - "Tottenhem" - 2:2
C qrupu
"Liverpul" - "Crevena Zvezda" - 4:0
PSG - "Napoli" - 2:2
D qrupu
"Qalatasaray" - "Şalke" - 0:0
"Lokomotiv" - "Porto" - 1:3.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 4-cü turu noyabrın 7də və 8-də keçiriləcək.