İDMAN
UEFA Millətlər Liqası: Slovakiya - Azərbaycan oyunu başlayıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, millimiz C Liqasının üçüncü qrupunda Slovakiya yığmasının qonağıdır.
Trnava şəhərindəki Antona Malatinski stadionunda oynanılan matçda Slovakiya millisinin start heyətində Marek Rodak, Lübomir Şatka, Kristian Vallo, Laslo Beneş, Robert Bojenik, Milan Şkrinyar, David Qantsko, Martin Reqali, Erik Yirka, Matuş Bero və Stanislav Lobotka yer alıblar.
Azərbaycan yığmasının heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Eddi İsrafilov, Bədavi Hüseynov, Riçard Almeyda və Ozan Can Kökçü çıxıblar.
Görüşü Uilyam Kollamın başçılıq etdiyi şotlandiyalı hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-də altıncı - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 13 xalla qrup lideri kimi B Liqasına vəsiqə qazanıb. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.