ELM VƏ TƏHSİL
UFAZ-da Strasburq Universitetinin vitse-prezidenti ilə görüş
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Strasburq Universitetinin vitse-prezidenti, UFAZ-ın elmi eksperti və koordinatoru professor Jan-Mark Planeks ilə görüş olub.
UFAZ-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin pedaqoji kollektivinin iştirak etdiyi görüşdə yeni tədris ilində gündəlikdə duran məsələlər, yerli müəllimlərin peşəkarlığının artırılması istiqamətində işlər, yeni layihələr və təşəbbüslər barədə müzakirələr aparılıb.
Jan-Mark Planeks tələbələrin gələcəkdə iş tapmasına dəstək olmaq üçün müəllimləri onların bacarıqlarını aşkara çıxarmağa yardım etməyə çağırıb. O, həmçinin qlobal trendlərə uyğun olaraq komanda şəklində çalışmağı tövsiyə edib.
Sonra suallar cavablandırılıb.