İDMAN
UKRAYNA HÖKUMƏTİ OLİMPİADANIN QALİBLƏRİ ÜÇÜN MÜKAFAT FONDUNU İKİ DƏFƏ ARTIRIR
Hökumətin qərarına uyğun olaraq, Ukrayna idmançılarının 1-ci yerə görə pul mükafatı 50 mindən 100 min dollara, 2-ci yerə görə 30 mindən 70 min dollara, 3-cü yerə görə 20 mindən 30 min dollara qaldırılır.
Bundan əlavə, hökumət Olimpiya oyunlarının çempionlarına və mükafatçılarına ömürlük təqaüdlərin məbləğinin dəyişdirilməsi haqqında da qərar qəbul etmişdir. Bu təqaüdlər üç dəfə artırılır və gələn büdcə ilinin yanvarından veriləcəkdir. İndi Olimpiya çempionu 300 dollar, gümüş mükafatçı təxminən 1300 qrivna bürünc medalçı 1000 qrivna təqaüd alacaqdır. Ukrayna Prezidentinin gənc istedadlı idmançılar üçün təqaüdü də artırılmışdır. Nazirlər Kabinetinin görkəmli idmançılar və məşqçilər üçün təqaüdləri 3 dəfə qaldırılmışdır.
Ukraynanın yığma olimpiya komandasına 243 idmançı daxildir. Onlar Olimpiya proqramının 27 növündə mübarizə aparacaqlar. Ukrayna Afina Oyunlarında azı 5 qızıl medal qazanaraq, 15 ən güclü ölkə sırasına daxil olmaq ümidindədir.