DÜNYA


UKRAYNA PREZİDENTİ GÜRCÜSTANA GEDƏCƏKDİR

Ukrayna Prezidenti Leonid Kuçma dekabrın 18-də Tbilisiyə ikigünlük rəsmi səfər edəcəkdir. 

İTAR-TASS müxbirinin Gürcüstan XİN-dən aldığı məlumata görə, səfər zamanı Leonid Kuçma Prezident Eduard Şevardnadze, dövlət naziri Avtandil Corbenadze və ölkənin digər rəsmi şəxsləri ilə görüşəcəkdir. Ukrayna Prezidenti Gürcüstan rəhbərləri ilə ikitərəfli əməkdaşlıq məsələlərini, regional və beynəlxalq problemləri, münaqişələrin nizama salınması məsələlərini müzakirə edəcəkdir.

Səfər zamanı “Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi ilə Ukraynanın Dövlət Maddi Ehtiyatlar Komitəsi arasında aqrar kompleks sahəsində əməkdaşlıq haqqında” və “Gürcüstanın icra hakimiyyəti ilə Ukraynanın Nazirlər Kabineti arasında bitkiçilik sahəsində əməkdaşlıq haqqında” sazişlər imzalanacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.